"Evimdə televizor yoxdur"

"Evimdə televizor yoxdur"

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Evimdə televizor yoxdur. Verilişləri internetdən izləmişəm. Baş verənləri görmürəm. Ona görə də proqramları şərh etməyəcəm”.

bu sözləri aparıcı Hüsniyə Məhərrəmova İnstaqramda canlı yayımda deyib. İzləyicilərin suallarını cavablandıran aparıcı uğurdan bəhs edib:

“Həyatımı elə yaşamaq istəyirəm ki, nəvələrimə belə danışmağa maraqlı mövzum olsun. Yəni həyatım o qədər zəngin, rəngarəng olsun… Hər bir insanın eləmək istədikləri var. Eləcə də mənim siyahım var. Onları edib bitirəndə onda deyərəm ki, uğur qazandım”.

“Artıq televiziyada çalışmayacaqsınız” sualına isə Hüsniyə “Kənarda layihələr edib telekanallara təqdim edəcəm. Hazırda Ukrayna ilə bir layihə edirəm” cavabını verib.

Ən çox bəyəndiyi aparıcı soruşulan Hüsniyə həmkarı Kamilə Babayevanın adını çəkib.

Share