“Fənərbaxça” Dirk Kuytu baş məşqçi əvəzi kimi qaytarır

“Fənərbaxça” Dirk Kuytu baş məşqçi əvəzi kimi qaytarır

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna gətiriləcək mütəxəssis müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi baş məşqçi vəzifəsini icra etməyi Dirk Kuyta tapşırmaq niyyətindədir.

Niderlandlı çalışdırıcı koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra uğurlu nəticələr göstərsə, o, baş məşqçi kimi təsdiqlənəcək. Hazırda Kuyt vətənində “Feyenoord”un akademiyasının komandalarından birində çalışır. O, 2012-15-ci illərdə futbolçu kimi “Fənərbaxça”nın şərəfini qoruyub.

Qeyd edək ki, 26 oyunda 40 xal toplayan istanbullular Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Share