Fərhad İbadov: “Ümid”də bütün quyularının ağzı bağlıdır, heç bir sızıntı yoxdur

Fərhad İbadov: “Ümid”də bütün quyularının ağzı bağlıdır, heç bir sızıntı yoxdur

05.07.2021 Off By admin

“Ümid” yatağında bütün kəşfiyyat quyularının ağzı bağlıdır, heç bir sızıntı yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, guya quyuda iş aparılarkən zədələnmə olmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, neft-qaz yataqlarında işlər aparılarkən, həmin sahələrdəki seysmik proseslər nəzərə alınır”.

Share