Fəzail Ağamalı: Koronavirusla mübarizənin ən səmərəli metodu olan sosial təcrid Azərbaycanda uğurla tətbiq olunur

Fəzail Ağamalı: Koronavirusla mübarizənin ən səmərəli metodu olan sosial təcrid Azərbaycanda uğurla tətbiq olunur

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bəşəriyyətin yaxın tarixi çoxsaylı epidemiya və pandemiyalarla zəngindir. Bu qəbildən olan ağır dönəmlərdə bir qayda olaraq baş verən hadisələrə verilən reaksiyaların adekvatlıq dərəcəsi onun ziyanvericilik qabiliyyətinin məhdudlaşdırılmasında həlledici rol oynayır. Son aylarda özünün miqyasına görə bütün dünyanı təhdid edən koronavirus pandemiyasının surətlə geniş vüsət alması bu fikrimizi bir daha təsdiq edir. Bir sıra aparıcı dövlətlərdə vəziyyətin düzgün və çevik qiymətləndirilməməsi situasiyanı kifayət qədər mürəkkəbləşdirərək, prossesin olduqca təhlükəli istiqamətdə inkişafına rəvac verdi.

Hazırda dünyanı ağuşuna almış ümumbəşəri bəla bütövlükdə ölkələr üçün böhran idaretməsi baxımından sınaq xarekteri daşıyır və görünən mənzərədə çoxsaylı ölkələr tibbi, iqtisadi, siyasi çöküşün və informasiya xaosunun fonunda bu sınaqdan uğursuz çıxdılar. Aparıcı dövlətlərdə müşahidə edilən tənəzzülə rəğmən, ölkəmiz gələcəyə hədəflənən strateji addımlar hesabına bu keşməkeşli mərhələdən ən az itki ilə çıxmağa nail oldu. İlk andan etibarən ölkə Prezidenti cənab İlham Əliyevin vəziyyətə çevik, kompleks və sistemli yanaşması risklərin idarəolunan səviyyədə qalmasını təmin edərək, cəmiyyətimizdə sabitlik mühitinin bərqərar olmasını şərtləndirdi. Xronoloji ardıcıllıqla sadalasaq, ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mart ayının 3-dən etibarən Respublika üzrə bütün təhsil müəssisələrində tədris prosesinin aprelin 20-dək dayandırılması, ölkə sərhədləri daxilində keçiriləcək kütləvi tədbirlərin təxirə salınması, o cümlədən, mart ayının ortasından başlayaraq mərhələli təcrid, ardınca xüsusi karantin rejimin tətbiqi və onun sərtləşdirilməsi, aprel ayının 5-dən isə ölkə üzrə hərəkətə məhdudiyyətlərin tətbiq olunması sözügedən pandemik xəstəliyin cilovlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir.

Dünyada və ölkəmizdə baş verən təlatümlü hadisələr mahiyyət etibarilə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən mal və xidmət dövriyyəsi minimallaşmış, habelə müəssisələrin insan resurslarına olan tələbatı ciddi ölçüdə azalmışdır. Bu prossesin milli iqtisadiyyatımızın sabitliyinə, dinamik inkişafına və yaranabiləcək məşğulluq problemləri fonunda vətəndaşlarımızın sosial vəziyyətinə mümkün təsirlərini neytrallaşdırmaq üçün ölkə Prezidentinin təşəbbüsü ilə dövlətin iqtisadi blokunun böhranla mübarizə mexanizmləri işə düşərək, problemə qarşı hərtərəfli yanaşmanın formalaşdırılması üçün məqsədyönlü addımlar atılmışdır. Pandemiyanın mümkün faəsadlarının əhatə dairəsinə uyğun olaraq sahələr üzrə 4 işçi qrupunun yaradılması, böhranla fundamental mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, işçi qruplarının xidməti fəaliyyətinin əsas istiqamətini təşkil edən təkliflər paketlərinin hazırlanması aşağıdakı faktorları ehtiva edir:

– Pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi;

– Zərər görmə ehtimalı olan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial mənafelərinin tam müdafiəsi;

Share