FHN: Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

FHN: Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

27.08.2019

9:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən avqustun 26-da Corat sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, həmçinin Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email