FHN Nazim Məmmədovun adını müavinləri siyahısından çıxardı

09.03.2020 Выкл. Автор admin

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb.

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb.

Share