FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb

22.01.2020 Off By admin

FİFA-nın 2019-cu ilin transferləri ilə bağlı hesabatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, il ərzində kişi futbolçuların transferlərinin ümumi məbləği 7,35 milyard dollar təşkil edib.

2018-ci illə (6,94 milyard) müqayisədə 5,8 faiz artan bu rəqəm yeni rekorddur. Ümumilikdə 18042 transfer rəsmiləşib. 2018-ci ildə bu rəqəm 16544-ə bərabər olub. 15463 futbolçunun keçidində 178 ölkə iştirak edib. Keçidlərdən 15357-si kompensasiyasız gerçəkləşib. 759 transferin qiyməti isə 100 min dollardan aşağı olub. 1093 transferin dəyəri 100 min – 1 milyon aralığında, 656 keçid 1-10 milyon, 176-sı daha yüksək olub.