“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib

“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə “stabil”dən “mənfi”yə dəyişib.

APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, Azərbaycanın IDR-ın “BB+” səviyyəsində təsdiq edilməsi ümumi dövlət borcunun aşağı olmasını (2019-cu ildə ÜDM-in 19,1% səviyyəsində) əks etdirir.

“Fitch” qeyd edir ki, reytinq üzrə “mənfi” proqnoz neftin ucuzlaşması və COVID-19 virusunun pandemiyasının yaratdığı şokların Azərbaycanın xarici buferlərinə mənfi təsirini və makroiqtisadi sabitliyin pozulma riskinin artmasını əks etdirir.

“Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mart ayında 1,9 mlrd. ABŞ dolları daxil olmaqla valyuta hərraclarında 2,9 mlrd. dollar satıb. Ümumiyyətlə, ARDNF 2020-ci ildə satışını planlaşdırdığı xarici valyutanın 45%-ni artıq realizə edib.

“Fitch”in məlumatına görə, Dünya Bankının “Ease of Doing Business” göstəricilərində Azərbaycan 2019-cu ildə yaxşı nəticələr əldə edib, lakin iqtisadiyyatı şaxələndirmək üçün əhəmiyyətli qeyri-neft xarici investisiyaları cəlb etmək imkanı qeyri-müəyyən olaraq qalır.

Share