Fövqəladə hallar nazirinin müavini yanğın baş verən “Sədərək” Ticarət Mərkəzinə gəlib

Fövqəladə hallar nazirinin müavini yanğın baş verən “Sədərək” Ticarət Mərkəzinə gəlib

04.08.2019

23:05

“Sədərək” Ticarət Mərkəzində yanığının söndürülməsi işləri davam etdirilir.

APA-nın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.

Nazir müavini yanğınsöndürülmə işlərinin gedişi ilə tanış olub, müvafiq göstərişlər verib.

Qeyd edək ki, bu gün “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

1 / 7

Nurlan Əli

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email