Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında memorandum imzalanıb

08.01.2020 Off By admin

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu arasında yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslanan anlaşma memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, memorandumda FHN-in Akademiyasında gedən təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, elmi tədqiqat və kadr hazırlığı sahəsində hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə və digər məsələlər nəzərdə tutulur.

Share