Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir

07.08.2019

22:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi avqustun 7-də Salyan dəmir yolu stansiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mərkəzin əməkdaşları təbii və texnogen mənşəli fövqəladə hadisələr, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, 112 – qaynar xətti və sair mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email