Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir

Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir

09.09.2021 Off By admin

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tiviter səhifəsində yazıb.

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir”, – deyə səfir bildirib.

“HAKİMİYYET.com”

Share