Fransa koronavirusa görə bələdiyyə seçkilərini təxirə salmayacaq

13.03.2020 Выкл. Автор admin

Fransada COVID-19 koronavirusu ilə bağlı körpələr evi, uşaq bağçaları, məktəblər, liseylər, kolleclər və universitetlər birinci gündən etibarən yeni qərara qədər fəaliyyətini dayandıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanüel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı bildirib.

Fransa Prezidenti xalqı koronovirusun yayılmasına qarşı birgə mübarizə aparmağa səsləyib. Bəzi gigiyenik qaydaları xatırladıb və onlara riayəti tövsiyə edib.

E. Makron 70-dən yuxarı yaşı, eləcə də xroniki və tənəffüs yolları xəstəliyi olan insanları evdən çıxmamağa çağırıb. Ancaq martın 15-də olacaq bələdiyyə seçkilərində səs vermək üçün seçki məntəqələrinə getməyə heç bir mane olmadığını da bildirib.

O, ictimai nəqliyyatın xidmət göstərəcəyini qeyd edərək zərurət yaranarsa sərhədlərin bağlanacağını da diqqətə çatdırıb.

Share