Fransada 14 mindən çox insan koronavirusdan ölüb

Fransada 14 mindən çox insan koronavirusdan ölüb

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransada yeni növ koronavirus infeksiyası səbəbindən son sutka ərzində 561 nəfər ölüb, bununla da ümumilikdə ölkədə ölüm sayı 14 mini keçib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Fransada ümumilikdə 132 591 nəfər yeni növ koronavirusa yoluxub. Martın 1-dən bəri epidemiyaya yoluxma nəticəsində 14 393 nəfər həyatını itirib. Xəstəxanalarda 9253 adam ölüb, gündə ölüm artımı 315 nəfər olub. Qocalar evlərində 5140 nəfər koronavirusdan ölüb.

6845 nəfər hazırda reanimasiyadadır. Bu, bir gün əvvəlki göstəricidən 35 nəfər azdır. Bundan başqa, Fransa Səhiyyə Nazirliyinin vurğuladığına görə, reanimasiyada olanların sayında artıq dördüncü gündür azalma müşahidə olunur. 

Xəstəxanalarda hazırda 31 826 nəfər var. Son 24 saat ərzində oradakı xəstələrin sayı 1688 nəfər artıb. Epidemiya başlayandan bəri Fransadakı tibb müəssisələrində 27 186 nəfər müalicə olunub.

Share