Fransada Avinyon teatr festivalı təxirə salınıb

Fransada Avinyon teatr festivalı təxirə salınıb

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avinyon teatr festivalının COVİD-19 pandemiyası səbəbiylə təxirə salındığı elan edilib.

Trend-in məlumatına görə, bu barədə festivalın müdiriyyəti xəbər yayıb.

“Bu ilin şəraiti 74-cü Avinyon teatr festivalının keçirilməsinə imkan vermir”, – festivalın direktoru Olivye Pi deyib.

O, qərarın “bu bazar ertəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən ölkəyə edilən müraciətin məzmunu ilə tanış olduqdan sonra” verildiyini bildirib.

Festivalının iyulun 3-dən 23-dək Fransanın cənubundakı bu şəhərdə keçirilməsi planlaşdırılırdı.

Share