Fransada karantin rejiminin müddəti uzadılır

Fransada karantin rejiminin müddəti uzadılır

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransada koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində tətbiq edilən karantin rejimi mayın 11-ə kimi uzadılır.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emanuel Makron xalqa müraciəti zamanı bildirib.

“Biz səylərimizi davam etdirməliyik və qaydalara əməl etməliyik. Buna görə sərt özünü təcrid rejimi 11 May, bazar ertəsi gününə qədər davam etməlidir”, – prezident deyib.

E.Makron mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylərin açılacağını söyləyib. Bununla belə, kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək. Fransanın Avropadan xaric ölkələrlə sərhədləri qeyri müəyyən vaxta qədər bağlı qalacaq.

Share