Fransanın Baş naziri ölkədə epidemiyaya yoluxmanın tədricən azaldığını bildirib

Fransanın Baş naziri ölkədə epidemiyaya yoluxmanın tədricən azaldığını bildirib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

“Fransada koronavirusla bağlı vəziyyət tədricən yaxşılaşır».

APA Reuters-ə istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Edur Filip bildirib.

O, eyni zamanda səhiyyə sahəsindəki böhranın hələ bitmədiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, xəstəxanalarda epidemiyanın yüngülləşməsinin ilk əlamətləri ortaya çıxıb.

Filip əlavə edib ki, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran yeni başlayır və çox sərt olacaq.

Xatırladaq ki, son məlumatlara görə, Fransada bu günədək koronavirusdan 20 minə yaxın insan ölüb. Ölkədə beş həftəlik karantin tətbiq edilsə də, məhdudiyyətlərin bir qədər yumşaldılması mayın 11-dən etibarən planlaşdırılır.

 

Share