Fransanın təyyarədaşıyan gəmisində 50 nəfər koronavirusa yoluxub

Fransanın təyyarədaşıyan gəmisində 50 nəfər koronavirusa yoluxub

10.04.2020 Off By admin

“Şarl-de-Qoll”  təyyarədaşıyan gəmisinin bortunda yeni növ koronavirus aşkarlanıb. 

APA-nın “RİA Novsoti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Müdafiə Nazirliyi bildirib.

Gəminin heyətində olan şəxslərdən 40 nəfərində COVİD-19 olması şübhəsi yarandığı üçün ora tibbi briqada göndərilib. Ümumilikdə 66 nəfər testdən keçirildikdən sonra 50 nəfərdə koronavirus aşkarlanıb.

Xəstələr Lissabona, ordan isə Tulon şəhərindəki xəstəxanaya aparılıblar.

Share