“Fromula-1” üzrə Kanada Qran Prisi təxirə salındı

“Fromula-1” üzrə Kanada Qran Prisi təxirə salındı

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

“Formula-1” üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kanada Qran Prisinin təşkilatçıları bildirib.

Bildirilir ki, Kanada Qran Prisi 12-14 iyul tarixlərində Monrealda baş tutmalı idi.

Qeyd edək ki, yarışlar Kanadada 1961-ci ildən keçirilir. Bu müddət ərzində Monrelda keçirilən Qran Pri üç dənə ləğv edilib: 1975, 1987 və 2009-cu illərdə.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı təxminən 1,4 milyona çatıb, 80 minə yaxın insan dünyasını dəyişib. Kanadada koronavirua 17 mindən artıq insan yoluxub, 3791 nəfərin ölümü təsdiqlənib.

Share