Futbol üzrə dünya çempionu koronavirusdan öldü

Futbol üzrə dünya çempionu koronavirusdan öldü

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İngiltərə milli komandasının tərkibində 1966-cı ildə dünya çempionu olan futbolçu Norman Hanter koronavirusun qurbanı olub.

Trend-in məlumatına görə, keçmiş futbolçu 77 yaşında dünyasını dəyişib.

O, aprelin 10-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. N.Hanter “Lids” klubunun tərkibində iki dəfə İngiltərə çempionu adını da qazanıb.

Qeyd edək ki, bu günədək Böyük Britaniyada 103 mindən çox şəxs koronavirusa yoluxub, 14 minə yaxın xəstə vəfat edib.

Share