Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapılıb

Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapılıb

17.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share