Gədəbəydə avtoqəza zamanı xəsarət alanların adları məlum olub

Gədəbəydə avtoqəza zamanı xəsarət alanların adları məlum olub

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gədəyədə baş vermiş avtoqəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadədir.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olaraq qalır.

***

Saat 20:28

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı minik maşını ilə “NAZ Lifan” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Share