Gədəbəydə baş verən avtoqəzada 2 nəfər xəsarət alıb

Gədəbəydə baş verən avtoqəzada 2 nəfər xəsarət alıb

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı minik maşını ilə “NAZ Lifan” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Share