Gəncədə avtoxuliqanlıq edən gənc həbs edilib (FOTO/VİDEO)

Gəncədə avtoxuliqanlıq edən gənc həbs edilib (FOTO/VİDEO)

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Kəlbəcər rayon sakini, Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ 968” markalı avtomobillə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi hərəkətləri videogörüntüyə alaraq müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

M.Mamedov barəsində Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Share