“Gənc tədqiqatçı” jurnalı Ali Attestasiya Komissiyasının yenilənmiş elmi nəşrlər siyahısına daxil edilib

11.02.2020 Off By admin

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalı yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən pedaqogika istisna olmaqla bütün elm sahələri üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri nəşrlərin siyahısına salınıb. Şuradan AZƏRTAC-a bildirilib ki, jurnalın hər buraxılışında AMEA və digər ali təhsil müəssislərində və idarə-təşkilatlarda elmin bütün bölmələri üzrə gənc alimlərin fundamental və tətbiqi elmi tədqiqatlarının mühüm nəticələrini ehtiva edən məqalələrə yer verilir.

Xatırladaq ki, 2017-ci ildən Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer alan “Gənc tədqiqatçı” jurnalı 2015-ci ildən ildə iki dəfə nəşr olunur.

Share