Gənclər Naqif Həmzəyevin başlatdığı sosial aksiyanı maraqla qarşıladılar (FOTO)

Gənclər Naqif Həmzəyevin başlatdığı sosial aksiyanı maraqla qarşıladılar (FOTO)

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Milli Məclisin deputatı Naqif Həmzəyevin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş karantin rejimini nəzərə alaraq, başlatdığı ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya gənclər tərəfindən maraqla qarşılanıb.

Qısa zaman ərzində gənclər millət vəkilinin rəsmi facebook səhifəsində onlara ünvanladığı müraciətinə cavab olaraq oxuduqları 5 kitabın hər biri barədə 1 dəqiqəlik video çəkib info@hamzayev.az ünvana göndəriblər. Beləliklə, sosial aksiyaya qoşulan gənclər bir kitab hədiyyə qazanıblar.

Aldıqları hədiyyədən məmnun olan mütaliə həvəskarları öz facebook səhifələrində millət vəkilinə dərin təşəkkürlərini bildirib, onu “ gənclərin dostu” adlandırıblar.

Qeyd edək ki, ”5 kitab danış, 1 kitab qazan” adlı aksiyanın məqsədi koronavirus (COVİD-19) infeksiyası ilə bağlı sosial izoliyasiyada gənclərin zamandan səmərəli istifadəsinə yardım olmaqdır.

Share