General öldürüldü – Hökumət hərəkətə keçdi

General öldürüldü – Hökumət hərəkətə keçdi

18.04.2020 Off By admin

Fransanın Çaddakı hərbi bazası yaxınlığında yerləşən evə qırıcı mərmisi düşüb. Hadisə nəticəsində partlayış baş verib və biri general olmaqla, 5 nəfər həyatını itirib. Hadisə qırıcının Barxan bazası yaxınlığındakı hərbi aeroporta enişə hazırlaşdığı vaxt baş verib.

Açıqlamada mərminin partlaması nəticəsində prezidentin mühafizə xidmətininin yüksək vəzifəli generalı daxil olmaqla 5 nəfərin həlak olduğu bildirilib. Çox sayda insanın yaralandığı ifadə edilən məlumatda olay zamanı bir neçə evin dağıldığı və dağıntılar altında qalanların olduğu diqqətə çatdırılıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

“Hakimiyyət” qəzeti

Share