“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başladı, tibbi maska istehsalına hazırlıq görür (VİDEO)

“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başladı, tibbi maska istehsalına hazırlıq görür (VİDEO)

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır. 2020-ci il aprelnin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, həmin mərasimdə dövlət başçısının söylədiyi dəyərli fikirlər bunun bariz nümunəsidir.

Trend-in məlumatına görə, ölkənin ən iri tekstil müəssisəsi olan “GİLAN TEKSTİL PARK” MMC qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər etmiş, tələb olunan xammalı almış, qoruyucu kombinezonların istehsalına başlamış, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək. Bununla müəssisə ölkəmizdə COVİD-19 pandemiyası ilə mübarizəyə öz töhfəsini vermiş olacaq.

Fasiləsiz iş rejimində çalışan GİLAN TEKSTİL PARK-da həftəlik istehsal gücü 30.000 qoruyucu kombinezon və minimum 1.000.000 tibbi maska təşkil edəcək.
İstehsal olunan Tyvek® Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan və proseslərdən qorumaq üçün nəzərdə tutulub.

Tibbi maskaların istehsalı üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.

İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaşanmışdır. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi zərurətə çevrilmişdir. İstehsalı üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddətdə müəssisəyə gətirilmiş və istehsal xətti istifadəyə verilmək üzrədir.

Share