“Google” şirkəti Çindəki ofislərini bağladı

30.01.2020 Off By admin

“Google” şirkəti Çində yerləşən ofislərini koronavirusla əlaqədar bağlayıb.

Xəbəri “Verge” agentliyi şirkətin nümayəndələrinə istinadən yayıb

Şirkət nümayəndəsi bunun səbəbini Çin hökumətinin təlimatlarına əməl etmələri ilə izah edib.

“Google” şirkətinin Çində çalışan əməkdaşlarına və bu ölkədən gələn qohumları ilə əlaqəsi olan işçilərinə azı 14 gün evdən işləmək haqda göstəriş verilib. “Google” Çində yerləşən dörd ofisindən başqa, Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacaq.

Xatırladaq ki, bundan əvvəl “Apple” və “Facebook” şirkəti Çinə səfər edən əməkdaşlarının sayını məhdudlaşdırıb.

Share