Goranboyda ağır yol qəzası olub

Goranboyda ağır yol qəzası olub

24.08.2019

23:45

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza Goranboy-Borsunlu yolunun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük maşını ilə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sonuncuda olan bir nəfər-1955-ci il təvəllüdlü Tərtər rayon sakini Əhmədov Rasim Məhəmmməd oğlu dünyasını dəyişib. Qəza zamanı xəsarət alanların olduğu da deyilir. Minik avtomobilində xəsarət alan daha 3 nəfər – 1962-ci il təvəllüdlü Rüstəmova Şahnaz  Məhəmməd qızı, 1960-cı il təvəllüdlü Rüstəmov Natiq Qulu oğlu, 1956-cı il təvəllüdlü Babayev Ədalət Əhməd oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Şövkət Taleh qızı rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində “KamAZ” markalı yük maşınında da iki nəfər – 21 yaşlı Elmir Şirinov və 17 yaşlı Elvin Şirinov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Avtqəzanın səbəbləri araşdırılır.

APA.az

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email