Goranboyda motosiklet piyadanı vurub

Goranboyda motosiklet piyadanı vurub

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Goranboyda piydanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

2000-ci il təvəllüdlü Quliyev Şirzad Anar oğlu yolu keçmək istəyən zaman onu motosiklet vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Share