Goranboyda “VAZ 2107” idarəetmədən çıxaraq aşıb

Goranboyda “VAZ 2107” idarəetmədən çıxaraq aşıb

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və sərnişin yüngül xəsarət alıb. Avtomobil isə yararsız hala düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

 

Share