Gürcüstan hökuməti vətəndaşlarına dörd ölkəyə səfər etməməyi tövsiyə edib
28.02.2020Gürcüstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına yenidən müraciət edib.
AZƏRTAC xəbər verir ki, nazirlik Gürcüstan vətəndaşlarına koronavirusun daha çox yayıldığı ölkələrə səfərlərdən çəkinməyə çağırıb. XİN-in müraciətində deyilir ki, koronavirusun Gürcüstanda yayılmasının qarşısının alınması üçün Çin, İran, İtaliya və Cənubi Koreyaya səfər edilməsi tövsiyə olunmur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi