Gürcüstan Prezidenti Saakaşvilinin Ukraynadakı yeni vəzifəyə təyinatını şərh edib

Gürcüstan Prezidenti Saakaşvilinin Ukraynadakı yeni vəzifəyə təyinatını şərh edib

20.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Gürcüstan Prezidenti Salome Zurabişvili vətənində mühakimə olunan sabiq Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Ukraynda vəzifəyə təyin olunmasını diplomatik baxımdan düzgün hesab etməyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Vladimir Zelenskinin Saakaşvilini Ukraynanın Milli islahatlar şurasının icra komitəsinin rəhbəri təyin etməsinə cavab olaraq Gürcüstan öz səfirini Kiyevdən məsləhətləşmələr üçün çağırıb. 

Qeyd edək ki, bu arada Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı David Zalkaliani ölkəsinin Ukrayna ilə diplomatik münasibətləri kəsmək niyyətində olmadığını vurğulayıb. 

 

Share