Gürcüstanda insanlara evlərini tərk etməmək tövsiyə olunub

18.03.2020 Выкл. Автор admin

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi direktorunun müavini Paata İmnadze ölkə əhalisinə müraciət edib.

P.İmnadze əhalini mümkün qədər evlərindən çıxmamağa çağırıb.

O, koronavirusun ölkədə epidemiya halı alması barədə şaiyələri təkzib edib və bununla belə əhaliyə müraciət edib: “Evinizdə qalın, bayıra çıxmayın”.

Qeyd edək ki, bu gündən Gürcüstanda marşrut mikroavtobusları ilə sərnişin daşınmaları qadağan edilib. Sərnişinlər metro və Tbilisi meriyasının ayırdığı avtobuslarla daşınır.

Eyni zamanda, ölkəyə əcnəbilərin daxil olması tam qadağan olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Share