Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb

Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb

29.07.2019

0:11

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email