Hərbi qulluqçuların əlillik səbəblərinin siyahısı dəyişib

Hərbi qulluqçuların əlillik səbəblərinin siyahısı dəyişib

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar müəyyən edilən əlillik səbəbləri sırasına Azərbaycan Respublikasının müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbləri daxil edilib.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik isə bu səbəblər sırasından çıxarılıb.

Qərar mayın 14-dən qüvvəyə minib.

 

Share