“Hagibis” tufanı 520 milyon dollar zərər vurub

“Hagibis” tufanı 520 milyon dollar zərər vurub

20.10.2019

15:10

Yaponiya hökumətinin yaydığı məlumata görə, “Hagibis” tufanı ölkənin kənd, meşə və balıqçılıq təsərrüfatlarına ümumilikdə 520 milyon dollar zərər vurub.

AZƏRTAC Kənd, Meşə və Balıqçılıq Təsərrüfatları Nazirliyinə istinadla xəbər verir ki, həmin rəqəm şənbə günü günortayadək 35 prefekturaya dəyən zərəri özündə əks etdirir.

Bildirilir ki, anbarlar və drenaj kanalları daxil olmaqla kənd təsərrüfatı obyektlərinə dəyən zərər təqribən 224 milyon dollar təşkil edib. Düyü zəmilərinə, alma bağlarına və digər kənd təsərrüfatı məhsullarına dəyən ziyan isə təqribən 57 milyon dollara bərabərdir.

Meşə yollarını dağıdan torpaq sürüşmələrinə görə zərərin isə 95 milyon dollara bərabər olduğu bildirilir.

Bununla yanaşı, tufanın daşqınlara səbəb olduğu bir sıra prefekturalara dəyən zərərin məbləği hələlik dəqiqləşdirilməyib.

Tufan nəticəsində ölkəyə dəymiş zərərin ümumi məbləğinin artacağının gözlənildiyi də qeyd edilir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email