“Hakimiyyət” qəzeti — 25 il

“Hakimiyyət” qəzeti — 25 il

17.12.2019 Выкл. Автор admin

Bu gün “Hakimiyyət” qəzetinin 25 yaşı tamam olur. Uzun və çətin yollar keçərək indiyədək ayaq üstə dayanan “Hakimiyyət” həmişə dövlətçiliyə, xalqın maariflənməsinə, oxuculara dünyada və ölkədə baş verənlərin operativ şəkildə çatdırılmasına xidmət edib. Dövlət büdcəsindən 1 qəpik almadan! Qəzetin yaradılmasında və çapında mərhum akademik Cəlal Əliyevin böyük xidmətləri olub.  Qara qüvvələr paxillıqdan 10 may 1995-ci il tarixli Heydər Əliyevin ad gününə həsr edilmiş sayının dayandırılmasına çalışsalar da Ümümmilli liderin tapşırığı və göstərişi ilə qəzet yenidən fəaliyyətini bərpa etdi. İndi həmin qara qüvvələr məhv olub, kənarda  qalıb, ancaq “Hakimiyyət” öz mövqeyində, əqidəsindədir, yaşayır, yaradır. Azərbaycanın inkişafı, mövqeyi və beynəlxalq aləmdəki rolu barədə dünyaya məlumatlar yayır. Əlbəttə nöqsanları da unutmadan.

“Hakimiyyət”i sevənlərə, ona dəstək olanlara Eşq olsun!

Həmtəsisçi və Baş redaktor Füzuli Əfqanoğlu!