Harrinin Meqanın atası ilə yazışmalarını yaydılar

Harrinin Meqanın atası ilə yazışmalarını yaydılar

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şahzadə Meqan Marklın şikayət etdiyi media orqanı ilə məhkəməsi yaxın günlərdə keçiriləcək. Meqanın bu addımı atmasına səbəb onun atası Tomas Markla yazdığı özəl məktubun saytda yayımlanması olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ birinci məhkəmə başa çatmamış şahzadə yenidən bənzər hadisə ilə qarşılaşıb.

Meqanın əri, şahzadə Harri ilə atası Tomasa yazdığı SMS-lər sosial şəbəkələrdə yayımlanıb. Sözügedən mesajları Harri Markla toydan 5 gün əvvəl, paparassilərlə əlbir olduğu aşkarlanmazdan iki gün əvvəl yazıb.  

Yazışmada “Tom, Harridir. Sizə zəng edirəm, telefona cavab verin” sözləri qeyd edilib. Digər bir məktubda isə Harri qayınatasına daha sərt şəkildə müraciət edib:

“Tom, yenə Harridir. Mütləq danışmalıyıq. Üzr istəmək lazım deyil, məsələni başa düşürük. Əgər Meqi sevir və hər şeyi düzəltmək istəyirsinizsə, mənə zəng vurun. Sizin media ilə münasibətləriniz yaxşı deyil. Meq də, mən də sənə əsəbiləşmirik. Mediaya xəbərlər yaymaq məsələni lap da pisləşdirəcək”.

Daha sonra isə Meqanın atasına yazdığı məktublar yayılıb. Burada isə Meqan atasının onunla bağlı mediaya yaydığı xəbərlərdən söz açıb. Meqan dəfələrlə atasının səhhətindən narahat olduğunu, ona yardım etmək istədiyini yazıb. Tomas isə bundan imtina edib.

Meqan və Harri bu yazışmaların da Tomas tərəfindən mediaya sızdırıldığını güman edir.  

Share