Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər “Etihad Airways” və “China Southern” olub

Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər “Etihad Airways” və “China Southern” olub

07.11.2019

10:28

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin oktyabrında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100 faiz punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstəriblər.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90 faizini yerinə yetiriblər. “Lufthansa” (89,6 faiz), “flyNas” (88,9 faiz), “Kuwait Airways” (87,5 faiz), “Türk Hava Yolları” (86,5 faiz) və “Belavia” (86,4 faiz) da yüksək nəticələr göstərib.

Ümumilikdə isə, 2019-cu ilin oktyabrında uçuşların 77 faizi planlaşdırılan cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib. Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirib 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email