Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər (FOTO)

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər (FOTO)

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər.

Trend-in məlumatına görə, qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən həmin uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov bildirib ki, Azərbaycanda təxminən 1500-ə yaxın irsi qan xəstəliyindən əziyyət çəkən xəstə var. Eyni zamanda, cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da vətəndaşlara qan lazım olur:

“Bildiyimiz kimi, hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar qan banklarında qan azlığı yaranıb. Hər zaman olduğu kimi, xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirir. Belə ki, çoxsaylı aksiyalar keçirilir və vətəndaşlar ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara öz qanlarını verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva problemin həlli üçün təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunub. Digər qurumları da bu aksiyalara qoşulmağa dəvət edirik”.

V.Hüseynov qeyd edib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölgələrdə 8 regional qan mərkəzi var. Mərkəz regional qan mərkəzlərinə də öz yardım və dəstəyini göstərir. O, belə xeyirxah aksiyaların davam edəcəyinə inandığını bildirib.

Share