Heydər Əliyev Mərkəzindən ABŞ-a həmrəylik mesajı (VİDEO)

Heydər Əliyev Mərkəzindən ABŞ-a həmrəylik mesajı (VİDEO)

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Share