Hindistan avqust ayından bəri ilk dəfə olaraq Kəşmirə girişə icazə verib

10.01.2020 Off By admin

Ötən ilin avqustundan sonra Hindistan ilk dəfə olaraq bir qrup xarici diplomatın Kəşmir bölgəsinə səfər etməsinə icazə verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ikigünlük səfərdə 15 ölkənin diplomatları iştirak ediblər. Səfər çərçivəsində onlar hərbçilər, siyasətçilər, bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcəklər. Bir sıra ölkələrin, xüsusilə Avropa dövlətlərinin nümayəndələri səfər qaydalarının uyğunsuzluğu səbəbindən bu səyahətdə iştirak etməyiblər.

Share