Hirkan Milli Parkında yanğın

Hirkan Milli Parkında yanğın

24.08.2019

11:48

Avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın tam söndürülüb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

P.S. Xatırladaq ki, Hirkan Milli Parkının ərazisində çoxlu sayda ağaclar kəsilərək satılır. Bu, qoruğun rəisi Azər Mehdiyevin xeyir-duası ilə həyata keçirilir. Milli Parkın ərazisində qanunsuz yolla kəsilən ağaclar barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, qoruğun rəisi bu işləri ört-basdır etmək üçün belə yanğınların törədilməsində əli olduğu ehtimalı da var. Redaksiya tərəfindən arşdırmamız davam edir. Biz bu mövzuya qayıdacağıq.

“Hakimiyyət” qəzeti

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email