Hollandiya millisinin və “Qalatasaray” klubunun futbolçusu karyerasını başa vurub

Hollandiya millisinin və “Qalatasaray” klubunun futbolçusu karyerasını başa vurub

13.08.2019

10:51

Hollandiya millisinin sabiq futbolçusu Uesli Şneyder karyerasını başa vurub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, futbolçu 2018-ci ildən Qətərin “Əl Qarafa” klubunun şərəfini qoruyub. Şneyder karyerası ərzində, həmçinin Hollandiyanın “Ayaks”, İspaniyanın “Real Madrid”, İtaliyanın “İnter”, Türkiyənin “Qalatasaray” və Fransanın “Nitsa” klublarında çıxış edib.

Ueslinin Hollandiya millisində keçirdiyi 134 görüş yığmanın tarixində rekord nəticədir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email