Hulusi Akar: “Türkiyə Əsədin 2557 döyüşçüsünü öldürüb”

02.03.2020 Выкл. Автор admin

Suriyanın şimalındakı əməliyyatlar zamanı Türkiyə tərəfi Suriya Prezidenti Bəşər Əsədin rəhbərlik etdiyi 2557 hərbi hökumət qüvvəsini və Dəməşqə dəstək verən milisləri məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” qəzeti Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamasına istinadən yayıb.

Nazirin sözlərinə görə, Ankara “Bahar Qalxanı” əməliyyatı çərçivəsində Suriyada iki təyyarə, səkkiz helikopter, 2 İHA vurub, həmçinin 135 tank və 5 hava hücumundan müdafiə sistemini məhv edib.

“Bəşər Əsəd rejiminin 2557 tərəfdarı zərərsizləşdirilib” deyib.

Qeyd olunur ki, Dəməşq bir sıra hərbi texnikanın Türkiyə tərəfindən məhv edildiyini təsdiqləyib. Ötən həftə sonu Suriya iki Su-24 bombardmançısının itdiyini bildirib.

Bundan əvvəl Suriya hökumət qüvvələri İdlibdəki türk hərbi qüvvələrini atəşə tutub, nəticədə 33 türk əsgəri öldürülüb, 30-dan çox adam yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Suriya qoşunlarının İdlib bölgəsindəki terrorçularla Behun qəsəbəsini atəşə tutduğunu izah edərək bildirib ki, o bölgədə Türk hərbçiləri olmamalı idi. Rusiya tərəfi öz növbəsində, Suriya qüvvələri tərəfindən atəşkəsin tam şəkildə pozulmasını bəyan edib. Habelə ölü və yaralı türk hərbçilərinin Türkiyəyə təxliyəsi üçün hərtərəfli tədbirlər görüb.

Share