İbrahim Məmmədov: Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir

İbrahim Məmmədov: Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib.

O bildirib ki, indiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur:

“Yoluxmada bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil.

Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün isə artıq 1 sutka ərzində xüsusi karantin rejimi qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. Bundan əlavə, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.

Share