İcazəsiz quş ovlayan şəxs cəzalanıb

İcazəsiz quş ovlayan şəxs cəzalanıb

07.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Qızılagac Milli Parkının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı “Qırmızı kitab”a düşmüş soltan toyuğu götürülüb.

Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Share