"İftar menyusu" üçün fərqli və ləzzətli reseptlər

"İftar menyusu" üçün fərqli və ləzzətli reseptlər

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Axşam.az “İftar menyusu”nu təqdim edir:

Toyuqlu “marokkan” kolbasası

Ərzaqlar:
Toyuq – 1 kq.
Qırmızı soğan – 1 ədəd
Sarımsaq – 3-4 diş
Badam – 2 ç/q.
Zəncəfil – 0,5 ç/q.
Cəfəri – 2 x/q.
Keşniş – 2 x/q.
Badam – 0,5 st.
Qaysı qurusu – 0,5 st.
Duz, istiot zövqə görə
Darçın – 0,5 ç/q.
Sarıkök – 0,5 ç/q.
Qoyun bağırsağı

Hazırlanması:
Toyuğun döş ətini ətçəkən maşından keçirt. İçərisinə blenderdə əzilmiş soğanı, sarımsağı, xırda doğranmış cəfərini, keşnişi, darçını və balı əlavə edib qarışdır. Kənarda qaysı qurusunu xırda doğra. Badamı tavaya töküb qovurduqdan sonra, qabığını təmizləyib, əz. Badamı və qaysını ətə qatıb qarışdır. Qoyun bağırsağını təmizləyib, duz və istiot vur. Əti bağırsaqların içərisinə doldurub, ağzını sapla bağla. Əvvəlcə yarıs saat isti sobada saxla. Sonra kolbasaları əvvəlcədən isidilmiş duru yağda qızart. Kolbasaların yanında qarnir kimi kartof püresi ver.

 

“Medalyon”

Ərzaqlar:
Can əti – 150 qr.
Duz istiot, keşniş tumu, kəklikotu, zeytun yağı zövqə görə.

Qarnir üçün:
Düyü – 150 qr.
Kök – 1 ədəd
Bibər – 0,5 ədəd
Qırmızı soğan – 1 ədəd

Sous:
Barbekü
Mamaseto
Çili

Hazırlanması:
Can əti doğranılır, üzərinə ədviyatlar və zeytun yağı vurulub, 1 saat kənarda saxlanılır. Sonra tavada yağ əlavə edilmədən qızardılır. Başka tavaya düyü, xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök, qırmızı soğan əlavə edilib, yumuşalana qədər bişirilir.   

 

Lobya və kokoslu şorba

Ərzaqlar:
Quru lobya – 200 qr.
Düyü – 100 qr.
Soğan – 1 ədəd
Pomidor – 2 ədəd
Kərə yağı – 50 qr.
Sarıkök – 1 çay qaşığı
Kokos südü – 400 ml.
Duz və istiot
Toyuq filesi – 200 qr.

Hazırlanması:
Lobyanı yuyub, axşamdan suya qoy. Səhər yumşalana qədər suda bişirib, süz. Düyünü 20 dəqiqə bişir. Tavaya yağ, duz və istiot töküb, xırda doğranmış soğanı qovurduqdan sonra, sarıkökü əlavə et. Daha sonra doğranmış pomidor əlavə edib, vam odda 3-5 dəqiqə saxla. Üzərinə bişmiş lobya, kokos südü, bir az da su əlavə edib,10 dəqiqə vam odda qaynat. Sonda düyünü töküb, bişir. Süfrəyə verərkən içərisinə sürtgəcdən keçirilmiş təzə kokos tök.

Share